» » Rusiya Suriyada betondələn bombalardan istifadə edir

Rusiya Suriyada betondələn bombalardan istifadə edir

Rusiya Suriyada betondələn bombalardan istifadə edir

“Onları şəhərlərə atmırlar”.

Rusiyanın zərbə aviasiyası Suriyada “İslam dövləti” (İŞİD) yaraqlılarının obyektlərinə zərbə zamanı iki güclü BETAB-500 betondələn bombasından istifadə ediblər.

ucarliyiq.biz ria.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Hava-kosmik qüvvələrinin nümayəndəsi İqor Klimov bildirib.

“Bu gün İŞİD obyektlərinə qarşı zərbə aviasiyası iki betondələn bombasından istifadə edib, hər BETAB-500-ün çəkisi 500 kq-dır”, - polkovnik Klimov bildirib.

“BETAB-500 bombaları xüsusi mühafizə edilən yeraltı bunkerlərin məhv edilməsi üçün tətbiq edilir. Onları şəhərlərə atmırlar”, - Klimov əmin edib.

O, həmçinin bombaların Su-24 bombardmançısı tərəfindən atıldığını da dəqiqləşdirib.