» » ABŞ-da kişi toyuğun son tikəsi üçün adam öldürdü

ABŞ-da kişi toyuğun son tikəsi üçün adam öldürdü

ABŞ-da kişi toyuğun son tikəsi üçün adam öldürdü

Texas sakininin neçə bıçaq zərbəsi vurduğu məlum deyil.

Amerika Birləşmiş Ştatlarının Texas ştatının sakini Rinaldo Kardoso Rivera öz dostu Darvini Peres Qonsalesi birgə aldıqları toyuğun son tikəsinə görə öldürüb, sonra polisə təslim olub, The Inquisitr məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, 38 yaşlı Rivera və dörd tanışı Xyuston rayonunda yerləşən evdə şam yeməyinə toplaşıblar.

34 yaşlı Qonsales Riveranın özünə saxlamaq istədiyi qızardılmış toyuğun son tikəsini yedikdən sonra aralarında mübahisə yaranıb.  

Dava kişilərin olduğu binanın yaxınlığındakı avtomobil dayanacağında baş verib.

Nəşrin yazdığına görə, Rivera dava zamanı bıçaq çıxarıb. Polislərin hesabatında Texas sakininin neçə bıçaq zərbəsi vurduğu dəqiqləşdirilməyib.