» » Moskvada “Porsche” sürən Cəbrayıl 7 avtomobili əzdi – VİDEO

Moskvada “Porsche” sürən Cəbrayıl 7 avtomobili əzdi – VİDEO

Moskvada “Porsche” sürən Cəbrayıl 7 avtomobili əzdi – VİDEO

Sürücü yüksək sürətlə hərəkət edib.

Moskvada Krım körpüsündə 7 maşının iştirakı ilə qəza baş verib. Zəncirvari qəzanın səbəbkarı “Porsche Panamera” markalı avtomobilin sürücüsü olub.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, qəza körpünün “Park kulturı” metrostansiyası istiqamətindəki çıxışında baş verib.

İlkin məlumata əsasən, sürücü digər maşınları ötərək yüksək sürətlə hərəkət edib.

“Toqquşma baş verib, bundan sonra avtomobillər əks istiqamət zolağına sıçrayıblar”, - paytaxtın hüquq-mühafizə orqanlarından agentliyə məlumat veriblər.

Hal-hazırda Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları baş verən fakt üzrə yoxlama aparırlar.

Qəzada üç nəfər xəsarət alıb. Onların vəziyyəti barədə məlumat verilməyib.

LifeNews-un məlumatına əsasən, qəzanın səbəbkarı Cəbrayıl A.-dır.

Telekanalın məlumatına görə, o “Porsche”-nin sahibi deyil. Avtomobil biznesmen Lazer Balakərimova məxsusdur, LifeNews-dan olan mənbə dəqiqləşdirib.

Nəşr əlavə edib ki, xəsarət alan iki nəfər – “Ford Focus”-un sürücüsü və “Chevrolet Lacetti”-nin sərnişinidir. 

Onlar xəstəxanaya çatdırılıblar, sonuncu beyin silkələnməsi, sınıq və əzik xəsarətləri alıb. Qəza noyabrın 3-də çərşənbə axşamı baş verib.