» » Rusiyalı sərnişinlərin ölümünü ələ salan ukraynalı blogger öldürüldü

Rusiyalı sərnişinlərin ölümünü ələ salan ukraynalı blogger öldürüldü

Rusiyalı sərnişinlərin ölümünü ələ salan ukraynalı blogger öldürüldü

Onu xəstə, abırsız adlandırıblar.

Sinay yarımadasında qəzaya uğrayan A321 sərnişin təyyarəsində həlak olan sərnişinlərin ələ salındığı videonu çəkərək şəbəkədə yerləşdirən blogger Maksim Volox Kiyevdə öz mənizilində ölü tapılıb, uralpolit.ru məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, ilkin məlumata əsasən, naməlum şəxslər qapını sındıraraq Voloxovun mənzilinə daxil olublar və ona çoxsaylı bıçaq zərbələri vurublar, aldığı zərbələrdən o, hadisə yerində ölüb.

Ukrayna hüquq-mühafizə orqanı əməkdaşları vətəndaş Voloxovun qətlinə dair cinayət işinin açılması faktını hələlik təsdiqləməyiblər.

Bu günlərdə internet-şəbəkədə “Xoşbəxtliyim hədsizdir. A321 aerobusunun qəzasına dair əclafın fikirləri” adlı video yerləşdirilib. Bu videoda blogger 20 dəqiqə ərzində bayağı leksikadan istifadə edərək “Koqalımavia” şirkətinə məxsus laynerin Sinay yarımadası üzərində qəzasına dair sevincini ifadə edir.

Videoçarxın peyda olmasından dərhal sonra istifadəçilərin qəzəbli şərhləri və onun blok olunmasına dair tələbləri irəli sürülüb. Hətta Ukraynada Maksim Voloxovu xəstə, abırsız adlandırıblar.

Sonra isə naməlum şəxs onun şəxsi məlumatlarını, doğulduğu yeri, yaşayış yerini və bütün telefon nömrələrini internet-şəbəkədə yerləşdirib.

Rusiya Federasiyası İstintaq Komissiyası tərəfindən Voloxova qarşı millətlərarası münaqişəni qızışdırmaq faktı üzrə cinayət işi açılıb.