» » Ermənilər Rusiyaya birləşmək istəyirlər

Ermənilər Rusiyaya birləşmək istəyirlər

Ermənilər Rusiyaya birləşmək istəyirlər

Sorğuda 1105 nəfər iştirak edib.

GALLUP International Аssociation şirkətinin nümayəndələrinin Ermənistan əhalisi arasında cari ilin sentyabr ayında apardıqları sorğunun nəticələrinə görə, sorğuda iştirak edənlərin 54,4%-i respublikanın Rusiyaya birləşdirilməsini istəyir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə news.am məlumat yayıb.

Sorğuda iştirak edənlərin 29,9%-i bəyan edib ki, Ermənistan dünyada heç bir ölkəyə birləşməməlidir.

11,1%-i isə Ermənistanın Avropa İttifaqına üzv olmasını arzulayıblar.

Qeyd edək ki, sorğu “üz-üzə” üsulu ilə keçirilib.

Aparılan sorğuda müxtəlif peşəyə, cinsə, yaşa və yaşayış yerinə malik olan 1105 nəfər iştirak edib. Sorğu sentyabrın 10-dan 21-nə qədər keçirilib.