» » Rusiyada azərbaycanlı tanışını öldürdü

Rusiyada azərbaycanlı tanışını öldürdü

Rusiyada azərbaycanlı tanışını öldürdü

O, bıçaqla bir neçə zərbə vurub.

Azərbaycanın 31 yaşlı vətəndaşı ona yaşayış yeri tapmaqdan imtina edən tanışını öldürməkdə ittiham edilir, rod-pravo.org məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, 2015-ci ilin sentyabrında ittiham edilən şəxs iş axtarmaq üçün Rusiyaya gəlib.

Tanışının məsləhəti ilə Belqoroda köçüb, burada mənzil kiralamaq niyyətində olub. O, tanışına pul verib, tanışı bu pula ona Belqorodda kirayə ev tapmağı və işləmək üçün icazə əldə edəcəyini vəd edib.  

Azərbaycanlı Belqoroda gəldikdə isə tanışı işləmək üçün icazə almağı və yaşayış yerini özünün tapmağını təklif edib. Qastrabayter qəzəblənib, belə ki, o, rus dilini bilməyib və problemlərini həll etmək iqtidarında deyildi.  

Nəticədə o, zərərçəkənə bıçaqla bir neçə zərbə endirib. Aldığı yaralardan adam hadisə yerində keçinib.