» » Rumıniyanın baş naziri gecə klubundakı yanğına görə istefa verdi

Rumıniyanın baş naziri gecə klubundakı yanğına görə istefa verdi

Rumıniyanın baş naziri gecə klubundakı yanğına görə istefa verdi

Paytaxtda kütləvi etiraz aksiyaları başlayıb.

Rumıniyanın baş naziri Viktor Ponta istefa verib, bu barədə Frans press agentliyi Rumıniyanın iqtidar partiyası olan Sosial Demokratik partiyanın nümayəndəsi Liviya Draqneya istinadən məlumat yayıb.

ucarliyiq.biz ria.ru-ya istinadən xəbər verir ki, siyasətçinin vəzifədən getməsinə səbəb Buxarestdə Colectiv gecə klubunda baş verən yanğın olub. Fövqəladə hal zamanı 32 nəfər həlak olub, 200-ə yaxın adam isə travma və yanıq xəsarəti alıb.

Bundan sonra paytaxtda kütləvi etiraz aksiyaları başlayıb. Manifestin iştirakçıları baş nazir Viktor Pontun, daxili işlər naziri Qabriel Oprinin istefasını tələb ediblər. Onları rüşvətxorluğa vasitəçilikdə, eləcə də fəaliyyətlərinin nəticəsinin 31 oktyabra keçən gecə, klubda faciəyə səbəb olmasında ittiham edirdilər.