» » İstanbulda İŞİD yaraqlıları saxlanıldı

İstanbulda İŞİD yaraqlıları saxlanıldı

İstanbulda İŞİD yaraqlıları saxlanıldı

Hazırlanan terror aktlarının sifarişçiləri Suriyadadırlar.

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının ehtimal edilən doqquz yaraqlısı İstanbulda terror aktları hazırlamaqda şübhəli bilinərək, Suriya ilə həmsərhəd olan Qaziantep vilayətində saxlanılıb, bu barədə ria.ru “Sabah” qəzetinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, yerli hakimiyyətin məlumatına əsasən, yaraqlılar İstanbulda siyasi partiyaların ofislərinə terrorist-kamekadzelərin iştirakı ilə hücum hazırlayırdılar.

Onlardan 9 kiloqrama yaxın trotil, dörd əl qumbarası, partlayıcı qurğu, kamekadze kəməri, dörd tapança və iki tüfəng aşkar edilib.

Terrorçu olduqları ehtimal edilən iki nəfər avtomobildə, yeddisi isə reydlər zamanı Qaziantepdə yeddi müxtəlif ünvanda saxlanılıb.

Xəbər verilib ki, hazırlanan terror aktlarının sifarişçiləri Suriyadadırlar.

Xatırladaq ki, oktyabrın 10-da Ankarada Türkiyənin tarixində ən iri terror aktı törədilib. İki terrorçu-kamekadzenin törətdikləri partlayış zamanı mitinqin 102 iştirakçısı həlak olub, 500 nəfəri isə tibbi yardım üçün müraciət edib.

Terror aktının İŞİD qruplaşması tərəfindən törədilməsi ehtimalı əsas versiyalardandır.