» » Putin Azərbaycan ilə müqaviləni təsdiqlədi

Putin Azərbaycan ilə müqaviləni təsdiqlədi

Putin Azərbaycan ilə müqaviləni təsdiqlədi

Federal qanun Dövlət Duması tərəfindən 2015-ci ilin oktyabr ayının 23-də qəbul edilib.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan ilə investisiyaların təşviqi və mühafizəsi barədə razılaşmanın ratifikasiyası haqqında qanunu imzalayıb.

ucarliyiq.biz tass.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

“Razılaşma Rusiya Federasiyası və Azərbaycan respublikası arasında qarşılıqlı faydalı iqtisadi-ticari və elmi-texniki əməkdaşlığın inkişafı üçün səmərəli şaraitin yaradılmasına yönəlib”, - sənəddə deyilir.

Federal qanun Dövlət Duması tərəfindən 2015-ci ilin oktyabr ayının 23-də qəbul edilib və 2015-ci ilin oktyabr ayının 25-də Federal Şura tərəfindən təsdiqlənib.