» » Rusiya sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlandı

Rusiya sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlandı

Rusiya sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlandı

“Qara qutular”dakı məlumatların araşdırılıb.

Rusiyaya məxsus “Airbus A321” sərnişin təyyarəsinin Misirdə Sinay yarımadası üzərində qəzaya uğramasına səbəb mühərrikdə partlayışın baş verməsi olub.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Əl Masri əl Yəum” nəşri insidenti araşdıran komissiyadakı mənbəyə istinadən xəbər verir.  
 
Mənbənin məlumatına görə, mütəxəssilər belə nəticəyə “qara qutular”dakı məlumatların araşdırılmasından sonra gəliblər. Onun sözlərinə görə, partlayışın səbəbi keçiriləcək laborator analiz və hadisə yerindən əlavə sübutların əldə edilməsi nəticəsində müəyyən ediləcək.   
 
Mənbə həmçinin qeyd edib ki, “qara qutular” pilotların dispetçer xidmətlərinə ünvanlanan heç bir sorğu və ya müraciət qeydə almayıb.