» » Ərdoğan yeni Konstitusiya istəyir

Ərdoğan yeni Konstitusiya istəyir

Ərdoğan yeni Konstitusiya istəyir

“Xalq bunu gözləyir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Konstitusiyasının hazırlanmasının yeni seçilmiş parlamentin əsas vəzifələrindən biri adlandırıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Ərdoğan Ankarada yerli özünü idarəetmə orqanlarının başçıları ilə görüş zamanı deyib.

“Türkiyəyə yeni Konstitusiya ilə bağlı məsələni həll etmək lazımdır. Xalq bunu gözləyir. Noyabrın 1-də ölkədə keçirilən parlament seçkiləri yeni Konstitusiyanın qəbul edilməsi üçün təkandır. Mən ümid edirəm ki, deputatlar yeni konstitusiyaya öz töhfələrini verəcəklər”, - Türkiyə prezidenti deyib.