» » Cərəyan 16 yaşlı gənci xəstəxanalıq etdi

Cərəyan 16 yaşlı gənci xəstəxanalıq etdi

Cərəyan 16 yaşlı gənci xəstəxanalıq etdi

Dünən gecə saatlarında Şəkidə bir nəfəri elektrik cərəyanı vurub. Hadisə rayonun Kiş kəndində baş verib.
Ucarliyiq.biz-in verdiyi məlumata görə Kiş kənd sakini, 1999-cu il təvəllüdlü Ramin Kamil oğlu Əhmədov əli yaş halda elektrik xəttini dövriyyəyə qoşmaq istəyərkən cərəyan vurub.
Onu ailə üzvlərinin köməyi ilə dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Şəki rayon Mərkəzi Xəstəxanasından Ucarliyiq.biz-ə verilən məlumata görə, R. Əhmədov xəstəxanaya gətirilərkən vəziyyəti ağır olduğu üçün dərhal reanimasıya şöbəsinə yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyəti normaldır və bu gün səhər evə buraxılıb.
Xatırladaq ki, bundan əvvəl də Goranboyda 16 yaşlı gənci elektrik cərəyanı vurmuşdu. Onun həyatını son anda xilas etmişdilər.

Mənbə: Ans</span