» » Xədicə İsmayılovanın məhkəməsində ittihamçının etirafı

Xədicə İsmayılovanın məhkəməsində ittihamçının etirafı

Xədicə İsmayılovanın məhkəməsində ittihamçının etirafı

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azadlıq Radiosunun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ucarliyiq.biz-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova ailəsi ilə həftədə iki dəfə telefonla danışmağa şərait yaradılmasını istəyib. Xədicə İsmayılova təcridxanada qohumları ilə şüşə arxasından görüşdüyünü vurğulayıb.
Proses zamanı zərərçəkən Tural Mustafayev, onun anası Nəzakət Mustafayeva və keçmiş nişanlısı Rövşanə Rəhimova şahid qismində dindirilib.
T.Mustafayev öz ifadəsində X.İsmayılovanın onu intihar həddinə çatdırması ilə bağlı ibtidai istintaqa verdiyi ifadəsinin doğru olmadığını bildirib: "O zaman əsəbi idim və ona böhtan atmaq istəyirdim”. Bundan sonra Xədicə İsmayilovanın vəkil Cavad Cavadlı artıq T.Mustafayevin iş üzrə zərərçəkən kimi tanınmamasını istəyib. T.Mustafayev X.İsmayılova ilə “Azadlıq” radiosunda çalışanda tanış olduğunu da açıqlayıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T.Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla 2013-cü ilin sentyabr-oktyabr aylarında tanış olub, sonralar isə uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.
Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə-külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

Mənbə: Ans</span