» » ABŞ kəşfiyyatı A321-in göyərtəsində İŞİD bombasının olduğunu bəyan edib

ABŞ kəşfiyyatı A321-in göyərtəsində İŞİD bombasının olduğunu bəyan edib

ABŞ kəşfiyyatı A321-in göyərtəsində İŞİD bombasının olduğunu bəyan edib

Britaniya XİN Amerika kəşfiyyatçılarının fikri ilə razıdır.

Böyük Britaniyanın Xarici işlər naziri Filip Hemond bəyan edib ki, Rusiya təyyarəsi A321-in Misirdə qəzaya uğramasına səbəb çox güman ki, təyyarədə quraşdırılmış bomba olub, Reuters məlumat yayıb.

“Biz belə fikrə gəlmişik ki, qəza böyük ehtimal ilə təyyarənin göyərtəsində partlayıcı qurğunun işə düşməsi ilə baş verib”, - Filip Hemond baş nazir Devid Kemeronun sədrliyi ilə keçən böhran vəziyyətlərinə reaksiya üzrə hökumət komitəsinin iclasının nəticələri üzrə fikrini bildirib.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Britaniya hakimiyyəti vacib olmadığı halda Şarm-Əl-Şeyxə hava yolu ilə getməməyi məsləhət görüblər.

O, əlavə edib ki, Böyük Britaniyadan Şarm-əl-Şeyxə və geri istiqamətdə hələlik heç bir reys həyata keçirilməyəcək.  

Noyabrın 4-də Böyük Britaniya hökuməti yayılmış məlumatda A321-in qəzaya uğramasına səbəb kimi partlayıcı qurğunun ola biləcəyi haqqında narahatçılığını bildirib.

“Hələlik istintaq işi davam edir, biz Rusiya təyyarəsinin nədən qəzaya uğradığını tam əminliklə deyə bilmərik. Amma yeni məlumatlar ortaya çıxdıqca, qəzaya səbəbin partlayıcı qurğunun olması ehtimalından narahatıq”, - sənəddə deyilir.

Amerikanın CNN telekanalı isə adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb ki, ABŞ milli kəşfiyyatı mütəxəssislərinin fikrincə, Sinay yarımadasında Rusiya təyyarəsinin qəzaya uğramasına böyük ehtimalla ya İŞİD, ya da terrorçularla bağlı digər təşkilatın qoyduğu bombanın partlaması səbəb olub.

Mənbə bununla yanaşı ABŞ-ın kəşfiyyat icmasında qəzanın səbəblərinə dair formal çıxarışın hələ hazırlanmadığını vurğulayıb.

“Belə təəssürat var ki, bu, ya təyyarənin baqaj, ya da başqa yerində quraşdırılmış bomba olub”, - deyə, o, qeyd edib.

Mütəxəssislər bu fikrə, qəzaya qədər daxil olan məlumatlara əsaslanan kəşfiyyatın hesabatlarına görə, eləcə də təyyarənin qəzaya uğradığı andan bəri topladıqları məlumatlara əsasən gəliblər.

Kəşfiyyatın qəzaya İŞİD-in aidiyyatı ilə bağlı məlumatları terror qruplaşmasının daxili yazışmalarının monitorinqinə əsaslanır.

O izah edib ki, bu ismarıclar terrorçuların ictimaiyyətə ünvanlanmış bəyanatlarında ayrıdır.

CBS və NBC-nin məlumatına əsasən, ABŞ-ın infraqırmızı peyki “Koqalımavia” şirkətinə məxsus sərnişin təyyarəsi səmada olarkən Sinay yarımadasının üzərində işartı qeydə alıb. Ağ evdə bu məlumatı şərh etməkdən imtina ediblər.

Qəzanın əsl səbəbləri hələ açıqlanmayıb. Rusiya mütəxəssisləri Misir ekspertləri ilə bərabər qəzaya uğrayan təyyarənin göyərtəsində yerləşən məlumat qeydiyyatçılarının məlumatının təhlili ilə məşğuldurlar.

Xatırladaq ki, şənbə günü oktyabrın 31-də Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi Moskva vaxtı ilə 06.51-də havaya qalxıb. 07.14-də təyyarə Larnaka ilə (Kipr) əlaqəyə çıxmayıb, işarə radarların ekranından itib. Təyyarə Sinay yarımadasında yerə düşüb. Təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub.