» » Facebook-da akkauntların sayı 1,5 milyardı keçdi

Facebook-da akkauntların sayı 1,5 milyardı keçdi

Facebook-da akkauntların sayı 1,5 milyardı keçdi

“Yüksəliş bütün istiqamətlərdə gedir”.

Facebook sosial şəbəkəsində akkauntların sayı üçüncü rübdə 60 milyona çatıb. 30 oktyabr üçün olan məlumata görə, bu sosial şəbəkənin 1,55 milyarddan çox istifadəçisi var.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. Bu göstərici hər ay dəyişilir.

Amerikalılar ümumi internetdə keçirdikləri bütün zamanın 20 faizini Facebook və İnstagramda keçirirlər, bunu sosial şəbəkənin administrasiyasından bildiriblər. Sentyabr ayında sosial şəbəkəyə hər gün müraciət edən mobil istifadəçilərin sayı 27 faiz artaraq 894 milyon nəfərə çatıb.   

“Ortamüddətli və uzunmüddətli perspektivdə biz Facebook və İnstagramın öz aralarında rəqib olmadıqlarını hesab edirik. Biz digər kütləvi informasiya vasitələri ilə rəqabət aparacağıq”, - şirkətin baş əməliyyat direktoru Şeril Standberq bəyan edib.

Facebook gün ərzində 500 milyon auditoriya ilə 8 milyard vidoe baxışı qeydiyyata alıb.

Şirkətin gəliri 4,3 milyard dollar, 45,4 faiz artıb. Məsrəflər də artıb – 68 faiz, bu isə 3 milyard dollar deməkdir. Müqayisələr keçən ilin üçüncü rübünün göstəriciləri ilə aparılır.

“Yüksəliş bütün istiqamətlərdə gedir”, - Standberq bildirib.

Qeyd edək ki, Facebook sosial şəbəkəsi 2004-cü il 4 fevral tarixində Mark Tsukerberq və Harvard universitetində təhsil alarkən onunla otaq qonşusu olan qalan üç nəfər tərəfindən yaradılıb. Mövcud olduğu on il müddətində Facebook dünyada ən iri sosial şəbəkəyə çevrildi.