» » Belçikanın A319 təyyarəsi qəza enişi etdi

Belçikanın A319 təyyarəsi qəza enişi etdi

Belçikanın A319 təyyarəsi qəza enişi etdi

Mühərrikə köçəri quş düşdü.

Brüsselin beynəlxalq aeroportunda “Brüssel hava yolları” aviaşirkətinin A319 təyyarəsi çalışan bir mühərriki ilə qəza enişi edib, RİA Novosti məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Belçikanın hava limanından səmaya qalxan təyyarənin mühərriklərindən birinə köçəri quş düşüb, bu, mühərrikin işləməsində problem yaradıb.

Venesiyaya uçan təyyarənin komandiri təlaş yaratmamaq üçün göyərtədə olan 120 sərnişinə təyyarəni texniki problem üzündən endirməyə məcbur olması barədə xəbərdarlıq edib.

Təcili eniş zamanı heç kim xəsarət almayıb.