» » Azərbaycanlı rəssam Ərdoğanın rəsmini çəkdi – FOTO

Azərbaycanlı rəssam Ərdoğanın rəsmini çəkdi – FOTO

Azərbaycanlı rəssam Ərdoğanın rəsmini çəkdi – FOTO

Layihəni 2011-ci ildə Abdullah Gül başlayıb.

Türkiyə Respublikası prezidentlərinin şəkilləri arasına 12-ci prezident Rəcəb Tayyib Ərdoğanın da portreti əlavə olunub.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadla xəbər verir ki, ölkənin 11-ci prezidenti Abdullah Gül tərəfindən 2011-ci ildə başladılan həmin layihədə  Atatürkdən etibarən bütün prezidentlərinin yağlıboya ilə çəkilmiş rəsmləri yer alıb.

Atatürkün 1933-cü ildə Jean Weinberg  tərəfindən hazırlanan rəsmi  arxivdən seçilib. Digər prezidentlərinin portretləri  isə Türkiyədə yaşayan Azərbaycan əslli rəssam Cavad Süleymanpur tərəfindən hazırlanıb.

Portretlər ilk dəfə 29 oktyabrda Çankaya Köşkündə təşkil edilən Respublika Bayramı ziyafəti zamanı sərgilənib.

Şəkillərin arasına prezident Ərdoğanın da rəsminin hazırlanıb əlavə edilməsi rəssam Süleymanpura həvalə edilib. Ərdoğanın xüsusi şəkilləri çəkilib və təsdiqlədiyi şəkildən onun portreti hazırlanıb.

Azərbaycanlı rəssam Ərdoğanın rəsmini çəkdi – FOTO