» » “Asia Airways”: Qəzaya uğrayan “An-12” təyyarəsi Ermənistana məxsusdur

“Asia Airways”: Qəzaya uğrayan “An-12” təyyarəsi Ermənistana məxsusdur

“Asia Airways”: Qəzaya uğrayan “An-12” təyyarəsi Ermənistana məxsusdur

“Sübutlar var”.

Tacikistanın Nəqliyyat Nazirliyi Rusiya istehsalı olan “An-12” təyyarəsinin Tacikistanın “Asia Airways” şirkətinə məxsus olması haqda informasiyaları təkzib edib.

ucarliyiq.biz BBC-nin Rusiya xidmətinə istinadən xəbər verir ki, “An-12” yük təyyarəsi Ermənistanın “Ala İnternationalLtd” şirkətinə məxsusdur.

“Daha öncə təyyarə Tacikistanın, əsasən yükdaşımaları ilə məşğul olan özəl Asia Airways aviaşirkətinin reyesterində idi. Bağlanılan müqaviləyə əsasən uçuşa yaralılıq barədə bütün məsuliyyəti Ermənistan aviaşirkəti daşıyır”, Tacikistan Nəqliyyat Nazirliyinin mülki aviasiya idarəsinin rəisi Yusuf Rahmonov bəyan edib.

“Asia Airways”in baş direktoru Narzikul Xamroyev bildirib ki, qəzaya uğrayan “An 12” yük təyyarəsinin onların şirkətinə aidiyyəti yoxdur:

“Nə Tacikistanın, nə də bizim şirkətin bu təyyarəyə aidiyyatı yoxdur. Təyyarə Ermənistanın “Ala İnternational Ltd” şirkətinə və Sudana məxsusdur. Uçuş yerinə yetirilən zaman qəza baş verib. Tacikistanın bu məsələyə heç bir aidiyyəti yoxdur. Mənim sözlərimin sübutu var”, - Xamroyev qeyd edib.

Reysin operatoru kimi Cubada yerləşən Allied Services Limited aviaşirkəti çıxış edib.

Ermənistanın Xarici İşlər Nazirliyi isə iddia edir ki, qəzaya uğrayan “An-12” təyyarəsi 2014-cü ildə ölkədə qeydiyyatdan çıxarılıb və “Asia Airways”ə aiddir.

Xatırladaq ki, noyabrın 4də Cənubi Sudanda təyyarə qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 18 nəfər, ocümlədən 6 pilot olub. Qəza nəticəsində ölənlərin sayı indiyə qədər rəsmi bəyan edilməyib. Qəza zamanı yerdə ən azı 23 nəfərin öldüyü barədə məlumat yayılmışdı.