» » Kanadanın Müdafiə naziri hərbi keçmişi olan sikh oldu

Kanadanın Müdafiə naziri hərbi keçmişi olan sikh oldu

Kanadanın Müdafiə naziri hərbi keçmişi olan sikh oldu

O, polkovnik leytenantı rütbəsində təxris olunub.

Vankuverdən olan sikh Kanada silahlı qüvvələrinin polkovnik leytenantı və polis veteranı Harcit Sacan Kanadanın Müdafiə naziri təyin edilib. Sacanın təyinatı haqqında xəbəri sosial şəbəkələrdə “əla” adlandırıblar, belə ki, bu xəbər sosial şəbəkələrin Kanada seqmentində ən populyar xəbərə çevrilib, CBC NEWS məlumat yayıb.

ucarliyiq.biz newsru.co.il-a istinadən xəbər verir ki, Harcit Sacan Kanada ordusunda alaya rəhbərliyin etibar edildiyi ilk sikh olub.

Sacan Vankuverdəndir, o burada polisdə 11 il ərzində banditizmlə mübarizə şöbəsində çalışıb. Hərbi veteran, Sacan Bosniya və Əfqanıstanda xidmət edib, polkovnik leytenantı rütbəsində təxris olunub.

Bu yaxınlarda Sacanı liberal partiyanın deputatı seçiblər, həmin partiya oktyabrın sonunda parlament seçkilərində qalib gəlib.

Kanadanın yeni hakimiyyətinin tərkibinə 15 kişi və 15 qadın daxildir. Öz qərarını izah edən Kanadanın baş naziri Castin Trüdo nazirlər kabinetinin Kanadanın özü kimi görünməli olduğunu vurğulayıb, “çünki indi 2015-ci ildir”.

Siyasi ənənələr ilə əlaqənin olmamasını vurğulamaq üçün Trüdo və nazirlər kabinetinin üzvləri general-qubernatorun rezidensiyasına qara avtomobillərdə deyil, avtobusda gəliblər.