» » İŞİD A321-in göyərtəsində bomba ilə bağlı yazışma aparıb

İŞİD A321-in göyərtəsində bomba ilə bağlı yazışma aparıb

İŞİD A321-in göyərtəsində bomba ilə bağlı yazışma aparıb

Sərnişinlərə göyərtəyə baqaj keçirməyə artıq icazə verilməyəcək.

Amerika və Britaniya kəşfiyyatı peyk izlənməsinin tətbiqi ilə keçirilən müştərək əməliyyat nəticəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının Rusiyanın A321 sərnişin təyyarəsinin göyərtəsində bombaya dair olması ehtimal edilən ismarıclarını tuta biliblər, The Times məlumat yayıb.

ucarliyiq.biz gazeta.ru-ya istinadən xəbər verir ki, nəşrin məlumatına görə, xüsusi xidmətlər Suriya və təyyarənin qəzaya uğradığı Misirin Sinay yarımadasında olan İŞİD yaraqlıları arasında elektron ismarıcları tutublar. Partlayıcı qurğu təyyarənin göyərtəsinə baqajda keçirilib və sonradan partladılıb.

Nəşr qeyd edir ki, Şarm-əl-Şeyxi tərk edən sərnişinlərə təyyarənin göyərtəsinə əl baqajı keçirməyə icazə verilməyəcək. Bütün baqaj xüsusi reyslərlə yüksək səviyyəli təhlükəsizlik tədbirləri ilə çatdırılacaq.

Daha öncə digər Britaniya nəşrində Böyük Britaniya xüsusi xidmətlərinin əməkdaşlarının “İslam dövləti” yaraqlılarının terror aktına hazırlığı müzakirə etdikləri ismarıclarını tutduğu bildirilmişdi.

Xatırladaq ki, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi oktyabrın 31-də səmaya qalxdıqdan 23 dəqiqə sonra radarların ekranlarından itib. Təyyarə Sinay yarımadasında yerə düşüb, təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub.