» » Türkiyədə İŞİD ilə əlaqədə şübhəli bilinən 20 nəfər həbs edildi

Türkiyədə İŞİD ilə əlaqədə şübhəli bilinən 20 nəfər həbs edildi

Türkiyədə İŞİD ilə əlaqədə şübhəli bilinən 20 nəfər həbs edildi

Xüsusi əməliyyat G20 sammitində təhlükəsizliyin təminatı ilə əlaqədardır.

Türkiyə polisi cümə günü Antalyada əməliyyat keçirib, əməliyyatın gedişatında “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 20 nəfər adam həbs edilib, RİA Novosti DHA agentliyinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, agentliyin güc strukturlarındakı mənbənin sözlərinə görə, əməliyyat 15-16 noyabr tarixlərində Antalyada keçiriləcək G20 ölkələrinin liderlərinin sammitində təhlükəsizliyin təminatı ilə əlaqədardır.  

İŞİD dünya təhlükəsizliyi üçün əsas təhlükələrdən biridir. Üç il ərzində terrorçular İraq və Suriyanın bir hissəsini işğal etməyə nail olublar, onlar Şimali Afrika, əsasən də Liviyanı öz təsirləri altına salmaq istəyirlər. Ekstremist təşkilatının üzvlərinin sayı dəqiq bilinmir, onların sayı 50-200 min yaraqlı arasında dəyişir.