» » Venesuela prezidenti bığları ilə risk getdi

Venesuela prezidenti bığları ilə risk getdi

Venesuela prezidenti bığları ilə risk getdi

“Mən mərc gəlirəm”.

Venesuela prezidenti Nikolas Maduro həftəlik televiziya proqramı zamanı aztəminatlı vətəndaşlar üçün 1 milyon mənzili istifadəyə verəcəyini vəd edib, Ukraynanın işgüzar jurnalı “Ekspert” məlumat yayıb.

“Mən mərc gəlirəm. Əgər dekabrın 31-nə kimi 1 milyon mənzil təhvil verməsək, mən bığlarımı qırxacam”, - Maduro deyib.

ucarliyiq.biz xəbər verir ki, şoumen və Venesuela prezidenti Maduro reytinqinin aşağı düşdüyü ağır anlar yaşayır.

Exit-polların məlumatına görə, cari ilin dekabrın 6-da keçiriləcək parlament seçkiləri Birləşmiş Sosial Partiya üçün heç də uğurlu olmayacaq.

“Maduro ilə əlaqədə” proqramının son buraxılışı zamanı Venesuela prezidenti arvadı Siliya Florensə dönərək, bığlarını qırxmasına razı olub-olmadığını soruşub. Florens bu varianta razılaşıb.

“İnşaatçı və mühəndis qardaş və bacılar, mən sizə müraciət edirəm: səylə işləyin ki, bığlarımı qırxmalı olmayım.

Xeyr, bu, belə deyil. Bu, zarafatdır. Səylə işləyin ki, bizim xalqımızın yaşayış yeri olsun” - Maduro bəyan edib.

Venesuelanın satirik saytı fotoşopun köməyi ilə Maduronun bığlarını artıq qırxıb. Onlar Maduronun ölkədəki kritik maliyyə vəziyyətinə görə bığlarını Uol-stritdə satmalı olduğu barədə zarafat ediblər.