» » Rusiya Boeing-737 təyyarəsindən imtina etdi – FOTO

Rusiya Boeing-737 təyyarəsindən imtina etdi – FOTO

Rusiya Boeing-737 təyyarəsindən imtina etdi – FOTO

BAK-ın sədri məktub göndərib.

Dünyada ən məşhur sərnişin təyyarəsi olan Boeing-737-nin istismarı Rusiyada təhlükə altındadır, Lenta məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Beynəlxalq Aviasiya Komitəsi (BAK) noyabrın 5-də bu təyyarənin sertifikatının müvəqqəti geri çağırılmasına dair məktub dərc edib, bu, Rusiyanın bütün 737 parkının uçuşlarının dayanmasına gətirib çıxara bilər.  

BAK aviasiya registrinin sədri Vladimir Bespalov müvafiq məktubu Rusiya aviasiyasının rəhbəri Aleksandr Neradkonun və ABŞ-ın Federal Aviasiya administrasiyasının rəhbərinin müavini Marqaret Qilliqanın ünvanına yollayıb.

Sənəddə sertifikatın qüvvədə olmasının dayandırılmasının səbəbi kimi yüksəklik sükanlarının idarə sistemində problemlərin olması bildirilib, BAK bu barədə Boeingə xəbərdarlıq edib.

Qeyd edilib ki, Rusiya aviasiyası iki ildən artıqdır ki, Boeing 737 tipli təyyarələrin yüksəklik sükanlarının idarə sisteminin fasiləsiz işləməsinin təmin edilməsi üzrə işlərin təcili yerinə yetirilməsi üçün ABŞ təyyarələrinin Sertifikasiya xidməti ilə yazışma aparırdı.

Amma FAA-dan oktyabrın 27-də alınmış cavabda təyyarələrin Boeing-737 təyyarələrinin yüksəklik sükanlarında təhlükəsiz istismarı təmin etdiyinə dair çıxarış yoxdur.  

“Bizə (Rusiya Aviasiyası, FAA, Boeing) yuxarıda göstərilən təcili işlərin yerinə yetirilməsinə dair hər hansı müştərək qərarların qəbul edilməsi məlum deyil”, - Bespalovun məktubunda vurğulanır.

Keçən il Rusiya Federasiyasından sərnişin axınının daşımalarının təxminən beşdə bir hissəsi bu təyyarə ilə yerinə yetirilib.

Rusiya Boeing-737 təyyarəsindən imtina etdi – FOTO