» » Lukaşenko rəsmən Belarusun prezidenti oldu

Lukaşenko rəsmən Belarusun prezidenti oldu

Lukaşenko rəsmən Belarusun prezidenti oldu

O, and içib.

Aleksandr Lukaşenko Minskdə rəsmi olaraq Belarusun prezidenti vəzifəsinin icrasına başladı.

ucarliyiq.biz Belta-ya istinadən xəbər verir ki, andiçmə mərasimi Müstəqillik sarayında baş tutub.

Aleksandr Lukaşenko əlini Konstitusiyanın üzərinə qoyaraq and içib. Daha sonra o, andiçmə haqqında akt imzalayıb.

Belarusun Seçkilər və respublika referendumunun keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina ona Belarus respublikasının prezidenti vəsiqəsini təqdim edib.

Andiçmə mərasimi mindən çox dəvətlinin qarşısında həyata keçib, onların arasında yüksək vəzifəli şəxslər, Nümayəndələr Palatasının deputatları və respublikanın Milli Məclisinin Şura üzvləri, müxtəlif səviyyəli rəhbərlər, diplomatik korpusun nümayəndələri və xarici qonaqlar olub.