» » Lavrov İrəvana gedir

Lavrov İrəvana gedir

Lavrov İrəvana gedir

Onun Ermənistan xarici işlər naziri ilə görüşü olacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana səfər edəcək və beynəlxalq, eləcə də ikitərəfli məsələləri müzakirə edəcək.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası XİN-də bəyan ediblər.

“Daha öncə əldə edilmiş razılığa əsasən, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistan respublikasına noyabrın 9-da işgüzar səfər edəcək. 

Lavrov və Ermənistan respublikasının xarici işlər naziri Edvard Nalbandyan arasında danışıqlar olacaq. Danışıqların gedişatında qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə ediləcək”-, diplomatik idarənin məlumatında deyilir.