» » “Charlie Hebdo”: Bizim üçün müqəddəs bir şey yoxdur

“Charlie Hebdo”: Bizim üçün müqəddəs bir şey yoxdur

“Charlie Hebdo”: Bizim üçün müqəddəs bir şey yoxdur

“Biz elit, demokratik və ateistik qəzetik”.

Fransanın satirik qəzeti “Charlie Hebdo”nun redaktoru Jerar Briar bəyan edib ki, nəşr müqəddəs bir şey yoxdur.

ucarliyiq.biz xəbər verir ki, bu barədə fransız radiostansiyası RFİ məlumat yayıb.

“Mən bunu sadəcə başa düşə bilmirəm. Biz elit, demokratik və ateistik qəzetik. Kafirlik anlayışı bizim üçün ümumiyyətlə, heç bir məna daşımır. Biz xəbərləri digər nəşrlər kimi şərh edirik”, - Briar vurğulayıb.

Onun sözlərinə görə, nəşr öz karikaturaları ilə A321 təyyarəsinin qəzasının qurbanlarını və ya faciə faktını ələ salmaq məqsədini güdmür.

“Bu şəkillərdə karikatura personajları yoxdur. Biz sadəcə baş verənləri şərh edirik və baş verənlərə öz baxışımızı nümayiş etdiririk. Və biz bunu hər həftə edirik”, - “Charlie Hebdo”nun baş redaktoru qeyd edib.