» » Moskva üzərində səmada iki təyyarə az qala toqquşacaqdı

Moskva üzərində səmada iki təyyarə az qala toqquşacaqdı

Moskva üzərində səmada iki təyyarə az qala toqquşacaqdı

Hadisə ilə bağlı araşdırma aparılır.

Noyabrın 3-də Moskva üzərində səmada göyərtəsində sərnişinlər olan təyyarələr az qala toqquşacaqdı.

ucarliyiq.biz Life News-a istinadən xəbər verir ki, Monteneqronun Tivat şəhərinə uçan A320 təyyarəsi “Şeremetyevo”dan havaya qalxıb, bu zaman “Vnukovo”dan Tallinə Bombardier Learjet 60 uçurdu.

Nəşrin məlumatına əsasən, saat 11:08 radələrində təyyarələr arasında şaquli istiqamətdə 150 metr məsafə olub.

Xoşbəxtlikdən təyyarələr havada bir-birindən uzaqlaşmağı bacarıblar. Mənbənin sözlərinə görə, təyyarələrin toqquşmasına cəmi on saniyə qalıbmış.

Hal-hazırda hadisə ilə bağlı araşdırma aparılır.