» » Rusiyada Azərbaycanı misal çəkdilər: Onlarda problem yoxdur

Rusiyada Azərbaycanı misal çəkdilər: Onlarda problem yoxdur

Rusiyada Azərbaycanı misal çəkdilər: Onlarda problem yoxdur

Rusiyalı məmurlar çıxış yolunu yalnız bunda görürlər.

Bu gün Moskvanın dairə dumasının dəyirmi masasının iclası olub.

ucarliyiq.biz xəbər verir ki, müzakirənin əsas mövzusu resurslarla təchiz edən təşkilatlara olan nəhəng – 3 milyard rubl (4,7 milyon dollar) məbləğində borc olub.

Yaşayış Kommunal Təsərrüfat Nazirliyi, Dövlət Yaşayış Müfəttişliyi və güc strukturlarının nümayəndələri ödəmə etmək istəməyən və ya vaxtında ödəmə etmək istəməyənlər üçün qanunda olan boşluqlar qarşısında gücsüz olduqlarını etiraf ediblər.

YKT sahəsində İctimai Nəzarət Mərkəzinin vilayət sədri Aleksandr Dubinin öz təklifini irəli sürüb. O, ödəmələrin toplanmasını və əhaliyə xidmətin əsası kimi Azərbaycanda tətbiq edilən üsulu göstərib.

“Azərbaycanda smart-sayğaclar tətbiq edilir, yəni insanlar kommunal xidmətlər üçün öncədən ödəmə edirlər. Məsələn, bizim indi mobil rabitə üçün ödədiyimiz kimi. Hesaba yatırdığın qədər resurs əldə edir və işlədirsən. Sayğacın özü qəbuledici və ötürücü cihazdır. Operator məsafədən nə qədər yığıldığını, borcun olub-olmadığını yoxlayır. Əgər borc varsa sayğacı söndürür. Vəssalam. Problem həll olundu. Azərbaycanda ödəmə və borclarla bağlı problem yoxdur”, - Dubinin danışıb.

Duma deputatları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanları nümayəndələri və dəyirmi stolun digər iştirakçıları bu təklif ilə maraqlanıblar.