» » Putin Misirə uçuşları dayandırır

Putin Misirə uçuşları dayandırır

Putin Misirə uçuşları dayandırır

Prezident Misir tərəfi ilə qarşılıqlı fəaliyyəti qaydaya salmaq barədə göstəriş verib.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Milli terror əleyhinə Komitənin (MTK) iclasının nəticələrinə əsasən, Rusiya prezidenti Vladimir Putinə A321 sərnişin təyyarəsinin qəzasının səbəbləri üzə çıxarılana qədər Misir ilə aviaəlaqəni dayandırmaqla bağlı tövsiyə barədə məruzə edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Dövlət başçısı bu tövsiyələr ilə razılaşdı. Putin hökumətə MTK-nin bu tövsiyələrini həyata keçirmək üçün iş prinsiplərini hazırlamağı və Rusiya vətəndaşlarının vətənə qayıtmasını təmin etmək barədə göstərişlər verib”, - Peskov deyib.

“Prezident həmçinin hava yolu ilə əlaqənin təhlükəsizliyini təmin etmək üçün Misir tərəfi ilə qarşılıqlı fəaliyyəti qaydaya salmaq barədə də tapşırıq verib”, - o bildirib.

RF FTX rəhbəri MTK iclasında bəyan edib ki, Rusiya aviasiyasının Misirə uçuşlarını Airbus A321-in qəzaya uğrama səbəbləri üzə çıxarılana qədər dayandırılmasını məqsədəuyğun hesab edir. Daha öncə Böyük Britaniya və Fransa Şarm-əl-Şeyxə uçuşları dayandırmaq haqqında qərar qəbul edib.

Qeyd edək ki, Rusiya və sovet aviasiyası tarixində ən böyük qəza oktyabrın 31-də baş verib. Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və yeddi nəfər heyət üzvü olub. Onların hamısı həlak olub.