» » İŞİD yaraqlıları A321-in qəzaya uğramasına səbəb olmaları ilə lovğalanıblar

İŞİD yaraqlıları A321-in qəzaya uğramasına səbəb olmaları ilə lovğalanıblar

İŞİD yaraqlıları A321-in qəzaya uğramasına səbəb olmaları ilə lovğalanıblar

“Onlar bayram edirdilər”.

Suriyanın Rakka şəhərindəki “İslam dövləti” (İŞİD) terror qruplaşmasının liderləri və onların Sinay yarımadasındakı müttəfiqlərinin söhbəti zamanı Misir yaraqlıları Rusiya təyyarəsinin onların ərazisində qəzaya uğraması ilə lovğalanıblar.  

ucarliyiq.biz Gazeta-ya istinadən xəbər verir ki, bu barədə NBC telekanalına ABŞ hakimiyyətinin anonim mənbəsi bildirib.

“Onlar bayram edirdilər”- mənbə deyib.  

Onun sözlərinə görə, söhbət zamanı onlar təyyarənin qəzaya uğramasına lovğalanıb və bunu necə həyata keçirdiklərini bildiriblər.

Bundan əvvəl isə bildirilirdi ki, Rusiya Misirdə qəzaya uğramış, “Koqalımavia” şirkətinə məxsus A321 təyyarəsinin göyərtəsində partlayış faktını təsdiqləyən məlumata sahib deyil.