» » Saakaşvili Ukrayna hakimiyyətinin iflic olacağını proqnozlaşdırıb - VİDEO

Saakaşvili Ukrayna hakimiyyətinin iflic olacağını proqnozlaşdırıb - VİDEO

Saakaşvili Ukrayna hakimiyyətinin iflic olacağını proqnozlaşdırıb - VİDEO

Dövlət aparatı demək olar ki, dağılıb.

Əgər ukraynalı məmurlara normal maaş verilməyə başlanmasa, dövlət aparatı altı aydan sonra dağılacaq.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın dövlət aparatı demək olar ki, dağılıb:
 
“O, artıq nüfuzunu itirib, hətta artıq oğurlaya da bilmir, çünki büdcə pulları əvvəlcədən, büdcəyə daxil olmadan oğurlanır”, - Odessa vilayətinin qubernatoru qeyd edib.

Əgər yaxın 5-6 ərzində gömrükdə ciddi dəyişikliklər baş verməsə, “qara deşik”lər tutulmasa, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq. Özü də tam şəkildə. Bununla da hakimiyyət iflic  vəziyyətinə düşəcək”, - Saakaşvili bəyan edib.