» » KİV: Putinin varisi bu adam ola bilər

KİV: Putinin varisi bu adam ola bilər

KİV: Putinin varisi bu adam ola bilər

"O sadəcə növbəti müdafiə naziri deyil".

Rusiya hökumətində hamıdan çox işləyən şəxslərdən olan müdafiə naziri Sergey Şoyqu Putinin varisi ola bilər, The Economist dərgisi yazır.

Qəzet yazır ki, Şoyqunun rəhbərlik etdiyi Rusiya silahlı qüvvələri Putinin xarici siyasətinin əsas elementinə çevrilib.

"Lakin Şoyqu yalnız növbəti müdafiə naziri deyil. Putindən 3 yaş cavan olan Şoyqu Rusiya hökumətində ən çox işləyənlərdəndir. Onun hakimiyyət strukturlarına gəlişi hələ 1990-cı ildə, SSRİ-nin dağılmasından əvvəl baş verib. O zaman Putini heç kim tanımırdı və o, Sankt-Peterburqda işləyirdi", - The Economist qeyd edir.

Bundan başqa, vurğulanır ki, Şoyqu fövqəladə hallar naziri postunda yaxşı nüfuz qazanıb. Bununla yanaşı, o, Rusiya bürokratiyası arasında ustalıqla manevr edərək, düşmən qazanmayıb.

"Hakim dairədə başqa belə bir siyasətçi yoxdur. Bu, tamamilə presedentsiz hadisədir," - deyə, analitik Yevgeni Minçenko hesab edir.

Qeyd olunur ki, Şoyqunun Putinə sadiqliyi, populyarlığı və səriştəliliyinin kombinasiyası müdafiə nazirini ən ehtimal olunan varisə çevirir.