» » “Mc Donalds”da içində siçovul başı olan hamburger satılıb

“Mc Donalds”da içində siçovul başı olan hamburger satılıb

“Mc Donalds”da içində siçovul başı olan hamburger satılıb

Restoran bütün ittihamları təkzib edir.

Meksikanın Mexiko ştatının baş prokurorluğu bazar ertəsi noyabrın 9-da “Mc Donalds” restoranlar şəbəkəsinin Tlalnepantl şəhər ətrafındakı restoranını bağlayıb, səbəb isə hamburgerdə tapılan siçovul başı olub, “La Jordana” nəşri məlumat yayıb.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, hadisə bir gün öncə baş verib. Yeməyindəki qeyri-adi tapıntını restoranın xanım müştərisi aşkar edib. Daha sonra o, günahkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Siçovul başı olan şəkillər sosial şəbəkələrdə peyda olub. Restoran öz növbəsində bütün ittihamları təkzib edərək, Amerika şəbəkəsinin əsas siyasətinin öz müştərilərinə “keyfiyyətli və təhlükəsiz qidanın” çatdırılmasından ibarət olduğunu bildirib.

Baş prokurorluq “Mc Donalds”a qarşı cinayət işi qaldırmaq niyyətindədir.