» » Yer kürəsində orta temperaturun həyat üçün təhlükəli olan artımı qeydə alındı

Yer kürəsində orta temperaturun həyat üçün təhlükəli olan artımı qeydə alındı

Yer kürəsində orta temperaturun həyat üçün təhlükəli olan artımı qeydə alındı

Hesabat noyabrda təqdim ediləcək.

Britaniyanın meteoroloji xidməti (Met Office) iddia edir ki, 2015-ci ilin yanvar ayından sentyabr ayına qədər orta sutkalıq temperatur XIX əsrin (1850-1900-cı illər) göstəricilərindən 1,02°C-dən artıq olub. Meteoroloqlar il ərzində El-Ninyoya – Sakit Okeanın ekvator hissəsində suyun səthinin temperaturunun dəyişməsi nəticəsində isinmiş suyun Şərqə doğru hərəkət etməsi üzündən orta temperaturun artmasını gözləyirlər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “The New York Times”da yazılıb.

Tədqiqatçılar planetdə temperaturun 1°C artdığını qeyd ediblər. Bu suala Ümumdünya Meteoroloji Təşkilatı öz hesabatında cavab verəcək. Burada bir çox məlumatlar, o cümlədən də NASA-dan alınan məlumatlar yer alacaq. Hesabatın noyabrda çıxacağı ehtimal edilir.     

Alimlər iddia edirlər ki, orta temperaturun 2°C artması bəşəriyyət üçün faciəli olacaq. Bununla yanaşı, orta illik temperaturun 1°C artması planetin iqliminin dəyişməsi üçün əsas amil deyil.