» » Artıq hicablı xanımların da "kupalnik"i olacaq - FOTO

Artıq hicablı xanımların da "kupalnik"i olacaq - FOTO

Artıq hicablı xanımların da "kupalnik"i olacaq - FOTO

Hər bir qadın sirli, romantik və dəbli görünmək istəyir. Sirli görünüş çimərlikdə də olmalıdır. Buna müsəlman xanımları üçün hazırlanmış çimərlik geyimi – burkininin sayəsində nail olmaq olar. Bu geyimin adı "bikini" və "burk" sözlərinin birləşməsindən götürülüb (burqa- örtük). Bu geyim tamamilə şəriət qaydalarına cavab verdiyindən, müsəlman xanımlarının belə geyimdə çimərlikdə görünməsinə imkan verir.

O, yüngül, rahat və tez quruyandır. Əsas odur ki, çimərlik geyiminin hazırlandığı material qadının qaralmasına mane olmur. O, sağlamlıq üçün zərərli olan ultrabənövşəyi şüaları buraxmır. Geyim 3 hissədən – uzun şalvar, qollu kofta və papaqdan ibarətdir. Kofta papaqlıdır. Parça bədənə yapışmır, şəffaf deyil. Geyim sərbəst hərəkət etməyə imkan verir. Bu geyimdə üzməklə yanaşı, istənilən çimərlik idman növü lə də məşğul olmaq olar.

Hər qadın üçün vacib olan odur ki, geyimlər zərif və eleqant olsun. Onlar bədən fiqurasının istənilən çatışmamazlıqlarını gizlədə bilir. Bu çimərlik geyimi idmanı və aktiv hərəkətləri sevən istənilən yaşda olan müsəlman xanımları arasında populyarlıq qazanıb.

Bu kostyum ilk dəfə Avstraliyalı modelyer Ahed Zanneti tərəfindən öz bacıları üçün hazırlanıb. Bu ideyası ilə o, müsəlman xanımlarının çimərliyə getməsi kimi çətin bir problemi həll edə bilib. Ötən illərdə müsəlman xanınmlar ya çimərliyə getməkdən imtina edirdilər, ya da çimərliyə gəldikləri geyimdə üzürdülər. Bu da çoxlu narahatlıqlar yaradırdı.

İlk vaxtlarda bu kostyumlar sərt qara parçalardan tikilirdi. Amma bir neçə il keçdikdən sonra müxtəlif rəngli parçalardan istifadə edilməyə başlanıldı. Modelyer onları qırmızı və sarı parçalardan hazırladı.

İndi çimərlik geyimləri bütün rənglərdə və müxtəlif formalarda hazırlanır. Onları bir çox İslam dininə sitayiş edən ölkələrdə istehsal edirlər və onlardan bəziləri əsl brendə çevrilib. İndi hətta kombinzon çimərlik geyimləri də tapmaq olar. Onlar qadını təsadüflərdən (kürəyin açılması və s.) etibarlı şəkildə qoruyur.

İlk dəfə çimərlik geyimlərini hazırlayarkən Zanetti onları Avstraliyanın iqlimini nəzərə alaraq tikmişdi. Bu ölkə ozon qatına yaxın olduğundan dünyanın digər ölkələrinə nisbətən günəş şüalarının təsirinə daha çox məruz qalır və burada günəşli günlərin sayı çoxdur. Buna görə də orada dəri xərçəngi xəstəliyi geniş yayılmışdır. Belə çimərlik geyimləri yalnız müsəlman xanımları üçün deyil, bütün avstraliyalı xanımlar üçün əsl xilas yolu olub.

Artıq hicablı xanımların da "kupalnik"i olacaq - FOTO
qadinsayti.az