» » Rusiyada vizasız əcnəbiləri məcburi daktiloskopiyadan keçirə bilərlər

Rusiyada vizasız əcnəbiləri məcburi daktiloskopiyadan keçirə bilərlər

Rusiyada vizasız əcnəbiləri məcburi daktiloskopiyadan keçirə bilərlər

“Bu, RF-yə daxil olanların daha dəqiq identifikasiyası üçün imkan yaradacaq”.

Çərşənbə axşamı “Ədalətli Rusiya” partiyası tərəfindən Rusiya Federasiyasının viza rejimi olmadığı ölkələrdən RF-yə gələn hər kəsin icbari daktiloskopiya keçmələrinə dair qanun layihəsi Dövlət Dumasına çıxarılacaq.

ucarliyiq.biz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə fraksiyanın rəhbərinin birinci müavini Mixail Yemelyanov bildirib.

“Bu gün “Ədalətli Rusiya” vizasız rejim üzrə ölkəmizə səfər edənlərə qarşı əlavə tələblərə dair qanun layihəsi çıxaracaq”, - Yemelyanov bildirib.

Onun sözlərinə əsasən, qanun layihəsinə görə, RF-yə vizasız rejimin tətbiq edildiyi ölkələrdən gələn fiziki şəxslər icbari şəkildə daktiloskopik ekspertizadan keçməlidirlər.

Təşəbbüsün müəlliflərinin fikrincə, terrorizm ilə fəal mübarizə şəraitində belə tədbir Rusiyaya terroristik fəaliyyətə aidiyyatı olan şəxslərin ölkəyə gəlişini səmərəli şəkildə məhdudlaşdırmaq üçün Rusiyaya imkan yaradacaq.

“Hesab edirik ki, daktiloskopiya RF-yə kimin və nə üçün gəldiyini daha dəqiq identifikasiya etməyə imkan yaradacaq”, - Yemelyanov izah edib.