» » Planetin ən hündür adamı 26 yaşında vəfat etdi

Planetin ən hündür adamı 26 yaşında vəfat etdi

Planetin ən hündür adamı 26 yaşında vəfat etdi

O, altıncı sinfə qədər adi uşaq olub.

Taylandın şimali-şərqində Surin vilayətində planetin ən hündür adamı olduğu iddia edilən 26 yaşlı Pornçay Saosri vəfat edib, Bangkok Post məlumat yayıb.

ucarliyiq.biz “Vesti”yə istinadən xəbər verir ki, onun boyu 2 metr 69 santimetr idi.

Doğrudur, o, planetdə rəsmi olaraq ən hündür insan kimi tanınmayıb, Ginnesin rekordlar kitabında bu ada 32 yaşlı türk Sultan Kosen layiq görülüb. Onun boyu 2,51 santimetrdir, yəni Saosri Kosendən 18 sm hündürdür.

Pornçay hormonal pozğunluqla əlaqədar çoxsaylı xəstəliklərdən əziyyət çəkirdi. O, bir müddət öncə yerləşdirildiyi xəstəxanada vəfat edib. Qəzaya uğradıqdan sonra taylandlı son bir neçə il ərzində yatağa düşüb.

Son ildə Saosri 72 kq arıqlayıb, boyu isə 12 sm artıb, amma zəifləmiş əzələləri 153 kq-lıq ağırlığı saxlaya bilməyib.

Surin vilayətindən olan “Qulliverin anası” oğlunun altıncı sinfə qədər adi oğlan olduğunu deyib. Sonra isə onun boyu, qohumları və tanışları dəhşətə gətirəcək dərəcədə sürətlə artmağa başlayıb.

Həkimlər hesab edirlər ki, gənc oğlanın boyunun sürətlə artmasına düçar olduğu hormonal pozuntu olub. Pornçay dizi üstə oturanda belə valideynlərinin boyu güclə onun çiyninə çatırdı.

Saosri ailəsi həddən artıq kasıb yaşayır, kənd təsərrüfatı ilə məşğul olurlar. Onların bütün sərvəti 1 hektarlıq düyü sahəsi və dörd öküzdür. Bir ay bundan öncə Pornçay Saosri haqqında bütün krallıq qəzetləri yazdıqdan sonra Taylandın sakinləri ailəyə yardım yollamağa başladılar.

Bir ay ərzində 100 min bat yığılıb (2,8 min dollara yaxın). İndi bu pullar Pornçayın müalicəsinə deyil, son ünvana yola salınmasına sərf ediləcək.

Surin vilayətinin hakimiyyəti dəfələrlə Ginnesin rekordlar kitabına, Pornçaya planetin ən hündür adamı statusunun verilməsi üçün müraciət etmək niyyətində olublar, amma onlar bunu çatdırmadılar.

Planetin ən hündür adamı 26 yaşında vəfat etdi

Planetin ən hündür adamı 26 yaşında vəfat etdi