» » Almaniyanın sabiq kansleri Helmut Şmidt vəfat etdi

Almaniyanın sabiq kansleri Helmut Şmidt vəfat etdi

Almaniyanın sabiq kansleri Helmut Şmidt vəfat etdi

O 1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.

Almaniyanın sabiq kansleri Helmut Şmidt 97 yaşında Hamburqda vəfat edib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə DPA agentliyi eks-kanslerin həkimi Hayner Qretenə istinadən xəbər verir.

Helmut Şmidt - Almaniyanın 5-ci kansleri olub. O 1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.

Onun hakimiyyəti dövründə Almaniya neft böhranları, 70-ci illərin kəskin işsizliyi, 1977-ci ilin “alman payızı” – “Qızıl Ordu Fraksiyası” (Rote Armee Fraktion ) ekstremist hərəkatının terroru və s. kimi bir çox çağırışlarla mübarizə aparıb.