» » Rusiya Dövlət Duması Xəzər dənizini ilə bağlı sazişi ratifikasiya edib

Rusiya Dövlət Duması Xəzər dənizini ilə bağlı sazişi ratifikasiya edib

Rusiya Dövlət Duması Xəzər dənizini ilə bağlı sazişi ratifikasiya edib

Qərar qəbul edilib.

Rusiya Dövlət Duması Xəzər dənizinin bioresurslarının qorunmasına dair sazişin  ratifikasiyası haqqında qanun qəbul edib.

ucarliyiq.biz-ın APA-ya istinadən  məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.  
 
Qeyd edək ki, 2014-cü ilin sentyabrında Rusiyanın Həştərxan şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri Xəzər dənizinin bioloji ehtiyatlarını qorunması və səmərəli istifadə olunması haqqında saziş imzalayıblar.
 
Qeyd edək ki, hazırda Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığı adı çəkilən dövlətlərin səlahiyyətli nümayəndələrinin 1992-ci ilin 23 dekabr tarixli iclasında qəbul olunan protokol  əsasında həyata keçirilir. O zaman yaradılmış Xəzər dənizinin bioresurslarına dair hökumətlərarası komissiya hazırda Xəzər dənizinin bioloji ehtiyatlarının idarə olunması üzrə yeganə fəaliyyət göstərən mexanizm hesab edilir.