» » Obama gey-jurnal üçün şəkil çəkdirdi

Obama gey-jurnal üçün şəkil çəkdirdi

Obama gey-jurnal üçün şəkil çəkdirdi

Nəşr bunu “tarixi il üçün tarixi an” adlandırıb.

ABŞ prezidenti Barak Obama seksual azlıqlar üçün jurnalın üz qabığında rəsmi çıxan ilk prezidentdir. Onun şəkli gey-moda və gey-üslub üzrə ixtisaslaşan OUT jurnalında dərc edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə The Washington Times yazır.

Obamanın təsviri üzərində “Bizim prezident”, aşağıda isə üç söz: “Müttəfiq. Qəhrəman. İkona” yazılıb.

Nəşr bunu “tarixi il üçün tarixi an” adlandırıb. Məhz 2015-ci ildə ABŞ-ın Ali Məhkəməsi ölkənin bütün ərazisində bircinsli nikahları qanuni elan etdi.

Nəşr üçün verdiyi müsahibəsində Obama hər kəsin bərabər yaradıldığını, kiminsə fərqli olduğu üçün Amerika arzusundan kənarlaşdırılmayacağına dair vədi yerinə yetirmək üçün prezident olduğunu bəyan edib.

Ali məhkəmənin qərarına baxmayaraq bircinsli nikahları qeydiyyatdan keçirməkdən imtina edən Kentukkidən olan klerkə dair suala cavab verərkən, Obama bəyan edib:

“Mən imanlı insanam, dini etiqadın azadlığına inanıram, amma heç kim qanunun aliliyindən üstün deyil, əsasən də bu qanunu qorumağa könüllü and içənlər. Bu bizim hörmət etməli olduğumuz məfhumdur”.

Prezidentin sözlərinə görə, Los-Ancelesin Qərb kollecində ona dərs deyən professorlardan biri Lourens Qoldini həyatında ən nüfuzlu gey kimi misal çəkərdi.

“Mənim deyəsən 18 yaşım var idi, Lourens ən gənc professorlardan idi və biz dostlaşdıq. O, bu yola Qərb kollecində təhsil alan lezbiyanlara, geylərə, transseksuallara və transgenderlərə məsləhət vermək üçün başlayıb. Nəzərə alın ki, o zaman 1978-ci il idi”, - Obama qeyd edib.

Onun sözlərinə görə, bu mövqe böyük cəsarət tələb edirdi.

Obamanın hakimiyyətdə olduğu dövrdə bircinsli nikah bağlamaq ABŞ vətəndaşının konstitusiya hüququ kimi tanındı. İyun ayının 26-da Amerika Birləşmiş Ştatlarının Ali məhkəməsi bütün ölkə ərazisində gey-ittifaqları qanuniləşdirməyi qərara aldı. Daha öncə bircinsli nikahların tanınması federal ədliyyədə deyil, ştatların hər birinin hökumətinin səlahiyyətində idi.