» » Gürcüstan tamamilə peşəkar orduya keçir

Gürcüstan tamamilə peşəkar orduya keçir

Gürcüstan tamamilə peşəkar orduya keçir

Yenilik 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minməlidir.

Gürcüstan parlamentinin hüquq komitəsi çərşənbə axşamı məcburi hərbi xidmətin ləğv edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib, Qruziya-onlayn məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, qanun layihəsinin məqsədi dövlətin məcburi hərbi xidmətə sərf etdiyi vəsaitin peşəkar hərbi xidmətə və Gürcüstanın müdafiə qabiliyyətinin inkişafına yönləndirməkdir.

“Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında” qanuna dəyişikliklərin edilməsinin təşəbbüskarı “Girçi-yeni siyasi mərkəz” QHT üzvü, deputat Zurab Caparidzedir. Qanun layihəsinə müvafiq olaraq, yenilik 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minməlidir.

Dəyişikliklərdə qeyd olunur ki, bütün hərbi xidmət müqaviləli, ehtiyat və kadr hərbi xidmətə bölünəcək. Bununla yanaşı, müqaviləli hərbi xidmətə müvafiq tələblərə uyğun gələn, arzu edən hər kəs qəbul edilə bilər.

Müqavilə ilə xidmət edənlər xüsusi imtahanları verdikdən sonra kadr hərbçisi ola bilərlər.

Bununla yanaşı, qanunda hərbi əməliyyatlar zamanı Gürcüstanın bütün vətəndaşlarının öz hərbi vəzifələrini yerinə yetirməli olacaqları deyilir.

Bununla yanaşı, Gürcüstanın baş nazirinin icazəsi ilə xarici vətəndaşların da orduya cəlb olunması təklif olunur. Təklifə əsasən həmin şəxslər hərbi and içməyəcək, lakin Gürcüstana sadiq olacaqları və bu ölkənin qanunlarına riayət edəcəklərinə dair üzərlərinə yazılı öhdəlik götürəcəklər.