» » "Sahil" və "İçərişəhər" stansiyalarında hərəkət bərpa edilib

"Sahil" və "İçərişəhər" stansiyalarında hərəkət bərpa edilib

"Sahil" və "İçərişəhər" stansiyalarında hərəkət bərpa edilib
“Sahil" və “İçərişəhər” metro stansiyalarında qatarların hərəkəti bərpa edilib.

Ucarliyiq.biz xəbər verir ki, bunu “APA-Economics”ə açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"17:02-də baş vermiş problemlə bağlı gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub", -deyə N.Paşayev vurğulayıb.

Xatırladaq ki, “"28 may" və “İçərişəhər” xəttində tuneldəki su axıntısında nisbətən artma müşahidə olunub. Hər hansı bir problemlə qarşılaşmamaq üçün xətdə gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb”. Bunu “APA-Economics”ə açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N.Paşayevin sözlərinə görə, “Həzi Aslanov” – “Dərnəgül” xətti ilə hərəkət edən qatarlarda hər hansı bir problem yoxdur, normal qaydasında hərəkət edir.

““Həzi Aslanov” - “İçərişəhər” xətti ilə hərəkət edən qatarlar isə “Nizami” stansiyasında geri qayıdırlar. “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən sərnişinlər “28 May” stansiyasına kimi gedə bilərlər. Hal-hazırda iş gedir, yaxın müddətdə biz hərəkəti bərpa edəcəyik. Bu elə bir ciddi problem və qeyri-adi hadisə deyil. Hər hansı hadisənin baş verməməsi üçün bunu etməli idik. Su axıntısının gəldiyi yerlərdə hal-hazırda işlər aparılır ki, onun qarşısı alınsın. Bir saata kimi hərəkət bərpa olunmalıdır. Tuneldə heç kim qalmayıb, qatarlar tam vaxtında çıxarılıb, stansiyalara giriş yoxdur”, - N.Paşayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hal-hazırda axıntısının artmasının səbəbi araşdırılır:

“Su axıntısının qarşısını almaq üçün 24 saat ərzində nasoslar işləyir. Problem araşdırıldıqdan sonra nasosların sayını artıra da bilərlər”.