» » Kadırov ərəb ölkələrini İŞİD-ə qarşı birləşməyə çağırdı

Kadırov ərəb ölkələrini İŞİD-ə qarşı birləşməyə çağırdı

Kadırov ərəb ölkələrini İŞİD-ə qarşı birləşməyə çağırdı

“Birlikdə istənilən dünya məsələlərini həll etmək mümkündür”.

Çeçenistan rəhbəri Ramzan Kadırov Yaxın Şərqin liderlərini İŞİD-ə qarşı birləşməyə çağırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya regionunun hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Mən Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Mərakeş, Əlcəzair, Türkiyə, İran, Malayziya, İndoneziya, Pakistan... liderlərinə müraciət etməyi özümə borc bilirəm.

Məhəmməd Peyğəmbərin ümmətinin məhv edilməsini nə vaxta qədər sakit izləyəcəksiniz? Niyə toplaşıb problemi müzakirə etmirsiniz?

Niyə İŞİD-in ipini yığmaq üçün heç nə etmirsiniz? Niyə ABŞ və onun müttəfiqlərinə “Yetər!” demirsiniz?”, - məlumatda Kadırovun sözlərindən sitat gətirilir.

O, həmçinin ABŞ-ın ərəb baharı adı altında Liviya, Tunis, Suriya, Yəmən, Misirdə vətəndaş müharibələrinin tonqallarını qaladığını, İran körfəzi ölkələrinin demək olar ki, hamısını gözləmə rejimində qoyduqlarını bildirib.

Çeçenistan rəhbəri birlikdə istənilən dünya məsələlərini həll etməyin mümkün olduğunu vurğulayıb.

“Biz 1,5 milyardıq! Gənc, sağlam, qərarlı, cürətli! Biz istənilən dünya miqyaslı məsələni həll etməyə qadirik, əgər vahid qüvvə olarıqsa! Mən böyük Allahın adı ilə hamınızı baş verənlər barədə düşünməyə, razılığa gəlmə yollarını tapmağa, ümumi düşmənimizin qarşısını almaq üçün mexanizmin hazırlanmasına çağırıram”, - Kadırov əlavə edib.