» » Rusiya ATƏT DTİHB-nin auditinin lehinə çıxış edir

Rusiya ATƏT DTİHB-nin auditinin lehinə çıxış edir

Rusiya ATƏT DTİHB-nin auditinin lehinə çıxış edir

“Hansı layihələrə və necə pul sərf edildiyini bilmək istəyirik”.

Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) işinin auditinin lehinə çıxış edir.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbərinin müavini Aleksey Meşkov mətbuat konfransında bəyan edib.

“Audit haqqında bu tamamilə şüurlu bir şeydir. Dünya və Avropa üçün mürəkkəb vəziyyətdə pulları məsuliyyətlə saymaq lazımdır. Bu və ya digər bürokratik institutların xərclərin artırılmasına dair sonsuz tələblər ucbatından, bu, tamamilə qanuni sualdır. Vəsaitin xərclənməsinin səmərəliliyini müəyyən etmək lazımdır” - yüksək vəzifəli diplomat diqqət çəkib.

Meşkov DTİHB-nin ATƏT-dən ayrılmasına dair bəyanatı tənqid etdi.

“Bu, ATƏT-in institutudur. Kim dedi ki, bir ölkəyə, məsələn, Azərbaycana 270, Almaniyaya isə 2 nəzarətçi yollamaq lazımdır? ATƏT-in daimi Şurası sifariş etmədiyi halda DTİHB-nin adı altında buraxılan bəzi məruzələri kim sifariş edir?”, - nazir müavini suallar qarşısında qalıb.

“ATƏT-in rəhbər orqanları tərəfindən fəaliyyətə, o cümlədən də DTİHB-yə nəzarət lazımdır. Ona görə də bu DTİHB-nin auditi barədə məntiqi sualdır. Pul vəsaitinin hansı layihələrə və necə xərcləndiyini, könüllü yatırımların haradan gəldiyini və hansı sifarişlərə sərf edildiyini bilmək istəyirik”, - o deyib. 

“Bu audit haqqında tamamilə ədalətli tələbdir”, - Meşkov əlavə edib.