» » Lavrov İrəvanda Qarabağı müzakirə etməyib

Lavrov İrəvanda Qarabağı müzakirə etməyib

Lavrov İrəvanda Qarabağı müzakirə etməyib

Səfirlik Rusiya XİN rəhbərinini Ermənistan səfərini şərh etdi.

Bu həftə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun İrəvana səfəri çərçivəsində Ermənistanın rəhbərliyi ilə danışıqların gedişatında Qarabağ münaqişəsinin kontekstində ərazi güzəşti məsələsi müzakirə edilməyib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ermənistan xəbərləri - NEWS.am-a Rusiya Federasiyasının Ermənistandakı səfirliyindən bildiriblər.

Rusiya diplomatik idarəsində qeyd ediblər ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov İrəvanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səyləri kontekstində Qarabağ münaqişəsinin dinc yol ilə həll edilməsi üzrə danışıqların cari mərhələsini müzakirə edib.

Qeyd edək ki, Lavrovun Ermənistan rəhbərliyini “Dağlıq Qarabağ Respublikası” ətrafında təhlükəsizlik zonasını təşkil edən ərazini Azərbaycana qaytarmasına inandırmağa cəhd etməsinə dair yazılar, adı çəkilməyən mənbələrə istinadən erməni qəzetləri “Aykakan jamanax” və “Joxovurd”, eləcə də Rusiyanın “Kommersant” qəzetində dərc edilib.