» » Əli Abbasovun işdən çıxarılmasına YAP-dan – REAKSİYA

Əli Abbasovun işdən çıxarılmasına YAP-dan – REAKSİYA

Əli Abbasovun işdən çıxarılmasına YAP-dan – REAKSİYA

“Qərar problemlərin həllinə yönəlib”.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konstitusion səlahiyyətlərinə daxil olan məsələdir.

ucarliyiq.biz xəbər verir ki, bu fikirləri AzVision.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, nazir Əli Abbasovun ölkə başçısı tərəfindən vəzifəsindən azad edilməsi hökumətin işinin daha da təkmilləşməsinə xidmət edir: 

“Hökumət üzvlərinin təyini və azad edilməsi ölkə başçısının səlahiyyətlərinə daxil olunan məsələdir. Əli Abbasovun nazir vəzifəsindən azad edilməsi növbəti kadr dəyişikliyidir. Hesab edirəm ki, prezident İlham Əliyevin atdığı bütün addımlar ölkənin inkişafına xidmət edir.

Yəni, ölkə başçısı tərəfindən qəbul edilən hər bir qərar kadr dəyişikliyindən daha çox cəmiyyət qarşısında dayanan problemlərin həllinə yönəlib.

Təcrübə göstərir ki, prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər daim öz müsbət nəticəsini verir”. 

A. Mirzəzadə vurğulayıb ki, prezident İlham Əliyevin hər bir qərarı xalqın milli maraqlarına cavab verir. 

Qeyd edək ki, Əli Abbasov bu gün prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.