» » İradə Zeynalovanın qardaşı rüşvət üstündə saxlanıldı

İradə Zeynalovanın qardaşı rüşvət üstündə saxlanıldı

İradə Zeynalovanın qardaşı rüşvət üstündə saxlanıldı

Zeynalova saxlanılan şəxs ilə qohumluğunu danmır.

Peterburq Ali məktəbinin dekanı, tələbələrdən rüşvət almaqda şübhəli bilinən İsabala Zeynalov televiziya aparıcısı İradə Zeynalovanın qohumudur.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, İsabala Zeynalovun həmkarları onun dəfələrlə jurnalistin qohumu olmasını vurğuladığını bildiriblər.

İradə Zeynalova saxlanılan şəxs ilə qohumluq faktını danmayıb, amma onunla çoxdandır ki, əlaqə saxlamır.

Rüşvət haqqında cinayət işini Rusiya İstintaq Komitəsinin Peterburq üzrə Dövlət İstintaq İdarəsi qaldırıb.

Qeyd edək ki, bu işdə yalnız Peterburq Aqrar Universitetinin Hüquq fakültəsinin dekanı deyil, eləcə də Ali məktəbin tədris-metodik işi üzrə mütəxəssisi Lyubov Mukanova da şübhəli bilinir.  

İstintaqın versiyasına görə, Zeynalov tələbələrdən 300 min rubl alıb, Mukanova isə vasitəçi olub.

Zeynalov tələbələrdən pulu ali məktəbdən çıxarılmamaları üçün tələb edib. Noyabrın 9-da Ali məktəbin hər iki əməkdaşı Federal Təhlükəsizlik Xidməti idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.