» » Mixeil Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum edirlər

Mixeil Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum edirlər

Mixeil Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum edirlər

“Bu andan etibarən dörd həftəlik müddət başlayır”.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Gürcüstan vətəndaşlığının ləğv edilməsinə dair çıxarış cari prezident Georgi Marqvelaşviliyə dekabrın ilk günlərində təqdim ediləcək.

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə noyabrın 12-də Gürcüstanın Ədliyyə naziri bildirib.  

Onun sözlərinə görə, məktub Mixeil Saakaşviliyə bir neçə gün öncə Odessada təqdim edilib.  

“Bu andan etibarən gürcü qanunvericiliyinə müvafiq olaraq öz mövqeyini bildirmək üçün dörd həftəlik müddət başlayır. Dekabrın ilk günlərində biz yekun qərarı qəbul edəcək Gürcüstan prezidentinə vətəndaşlığın ləğv edilməsi haqqında çıxarışı təqdim edəcəyik”, - Tsulukinai bəyan edib.

Vətəndaşlığın ləğv edilməsindən sonra partiya xidmətinə gəldikdə isə Tsulukinai partiyaların üzvləri barədə qərarların özlərinin qəbul etdiklərini bildirib və əlavə edib ki, partiya rəhbərlərini və partiya işçilərini qane edəcək şərtlər mövcuddur.