» » İŞİD-in tacik yaraqlısı Əfqanıstana Azərbaycandan keçib

İŞİD-in tacik yaraqlısı Əfqanıstana Azərbaycandan keçib

İŞİD-in tacik yaraqlısı Əfqanıstana Azərbaycandan keçib

O, İŞİD nümayəndələri ilə internetdə tanış olub.

Əfqanıstanın milli təhlükəsizlik orqanları “İslam Dövləti” (İŞİD) terror təşkilatına qoşulmaq istəyən Tacikistan vətəndaşını saxlayıblar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə İnterfaks Əfqanıstanın milli təhlükəsizlik idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.  

İdarənin mətbuat xidmətinin yaydığı məlumata görə, Düşənbə sakini Nüsrətullo Qəniyev noyabrın 12-də Tahar əyalətində keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Milli təhlükəsizlik idarəsinin məlumatına əsasən, Qəniyev İŞİD ilə əlaqədə olub və təşkilatın Tacikistanın sərhədyanı əraziləri Daşti-Arçi və Hoca-Qar vilayətlərində terror fəaliyyətində iştirak etmək istəyib.

Mətbuat xidmətindən bildirildiyi kimi, Qəniyev Rusiyada işlədiyi və Əfqanıstanda yerləşən İŞİD nümayəndələri ilə internet vasitəsilə tanış olduğunu etiraf edib.

Qəniyevin sözlərinə görə, terrorçuların onu “cihada” dəvət edən nümayəndəsi Aleksandr adlı adamın adına 20 min avro keçirib. Pulu aldıqdan sonra Qəniyev Azərbaycandan İrana, oradan isə Əfqanıstana keçib.