» » Beyrutda terror aktları nəticəsində səkkiz nəfər ölüb

Beyrutda terror aktları nəticəsində səkkiz nəfər ölüb

Beyrutda terror aktları nəticəsində səkkiz nəfər ölüb

Daha 40 nəfər yaralanıb.

Livanın paytaxtı Beyrutun cənubunda Burc-əl-Barac rayonunda baş vermiş partlayışlar nəticəsində səkkiz nəfər ölüb, 40 nəfər yaralanıb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç komitəsinin Livandakı nümayəndəliyi məlumat yayıb.

“Əl-Mayadin” telekanalının məlumatına görə, terror aktları motosikletdə olan terrorçu-kamikadzelər tərəfindən törədilib.

İlkin məlumata əsasən, onlardan biri şiə məscidinin, digəri isə Əl-Mansur ticarət mərkəzinin yanında özünü partladıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerlərini mühasirəyə alıblar.

Ekspertlər terror hadisələrinə görə məsuliyyəti İŞİD təşkilatının üzərinə qoyurlar.